Siyasət 

İranın nüfuzlu “Xəbəronlayn” portalında Bakının 11 turistik məkanı haqqında fotoreportaj yerləşdirilib

ARANTV.AZ xəbər verir ki, bir yanda tarixi quruluş, digər hissədə müasir memarlıq üslubu…  Avropanın bu tarixi şəhərini və ümumiyyətlə bünüt Azərbaycanı görmək niyyətindəsinizsə uzunmüddətli səfər edin. Fotoreportajda qeyd olunur ki, “Odlar yurdu” adlandırılan Azərbaycanın adı da elə bundan götürülüb. Gözəl ölkə, zəngin mədəniyyət, qonaqpərvər xalq. 9 iqlim zonası olan ölkənin coğrafiyası olduqca müxtəlif və möhtəşəmdir. Oxucular paytaxtın görməli yerlərıni qədim İçərişəhərlə tanışlıqdan başlayır. Vurğulanır ki, İçərişəhər paytaxtın ən qədim hissəsi sayılır. İçərişəhərin küçələrini dolaşarkən ikimərtəbəli, eyvanlı köhnə evlərin arxasında Bakının yeni üslublu binalarını, o cümlədən “Alov qüllələri”ni görmək olur. Bu da İçərişəhərin daş və kərpicdən tikilmiş evlərilə qəribə təzad yaradır. Qız qalası bölümündə isə 29 metr hündürlüyü olan silindr formalı bu qalanın da İçərişəhərdə yerləşdiyi deyilir. Tarixi 7-12 əsrlərə gedib çıxan bu tikilinin Bakının rəmzlərindən birinə çevrildiyi deyilir. Fotoreportajda 2000-ci ildə UNESCO tərəfindən qeydiyyata alınan Şirvanşahlar sarayından da bəhs olunur. Qeyd edilir ki, tarixi 15-ci əsrə gedib çıxan saray tarixsevərlər üçün maraqlı məkandır. Məqalədə Bakının müasir tiklilərindən də danışılır.  Bu xüsusda Heydər Əliyev Mərkəzinin gözəlliyi vurğulanır. Qeyd edilir ki, binanın memarı İraq əsilli britaniyalı memar Zaha Hədiddir. Mərkəzdə amfiteatr, Heydər Əliyev Muzeyi, klassik avtomobillərdən ibarət kolleksiya, tarixi xəzinələr, sərgilər, ticarət pavilionlar var. Fəvvarələr meydanı da reportajda əksini tapıb. Bildirilir ki, Bakının əsas meydanlarındandan olan bu məkanda bir çox alış-veriş mərkəzi, mehmanxanalar, kafe və restoranlar yerləşir. Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyini ziyarət etmək ədəbiyyat və incəsənət sevənlər üçün maraqlı ola bilər. Fəvvarələr meydanının yaxınlığında yerləşən muzey əslində, Azərbaycan mədəniyyətini tanımaq üçün ən yaxşı məkanlardandır. “Alov qüllələri” isə şəhərin müasirliyinin rəmzidir. Alov formalı üç qüllə Bakının hər tərəfindən görünür. Fotoreportajda Dənizkənarı Milli Parkdan da danışılır. Qeyd edilir ki, Xəzər dənizi sahili boyunca gözəl bir prospekt turistlərin və yerli sakinlərin sevimli məkanıdır. Məhs burada “Kiçik Venesiya” adlandırılan gözəl bir məkan yerləşir. Qeyd olunur ki, Bakının bu hissəsi 1960-cı ildə İtaliyanın Venesiya şəhərindən ilham alınaraq salınıb.

Daha çox xəbərlər