Dövlət qurumundakı işinə geri çağırılanlar övladını dərsə necə aparacaq? – AÇIQLAMA
Dövlət müəssisələrində birinci mərhələdə 30 faiz civarında iş nəzərdə tutulmuşdu. Karantin rejiminin yumşaldılmasından sonra bu rəqəm 50 faizə qaldırıldı.
ARANTV.AZ Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, hələlik 50 faiz ştat cədvəlinə uyğun olaraq dövlət müəssisələrində işin təşkili nəzərdə tutulub:
“Bu istiqamətdə hələlik yenilik yoxdur. Dövlət qurumlarında işin təşkili bu minvalla davam edəcək”.
H.Hacıyev dövlət qurumunda çalışan və övladlarını təhsil müəssisələrinə göndərməkdə çətinlik çəkənlərlə bağlı məqama da aydınlıq gətirib:
“Bu məsələdə çətinlik çəkəcək vətəndaşlar, xüsusilə dövlət sektorunda çalışanlar müəssisə rəhbərlərinə müraciət etsinlər. İş qrafikini buna uyğun həyata keçirsinlər”.

