Sosial 

COVİD 19-u digər infeksiyalardan fərqləndirən 4 əlamət

Hazırda payız mövsümünü yaşayırıq. Adəti üzrə payız mövsümü başlar-başlamaz havalar birdən-birə soyuyur, bir sıra xəstəliklər, o cümlədən mədə-bağırsaq, revmatik və digər xəstəliklər baş qaldırır. Pandemiyanın da yaşandığı bu dövrdə özümüzü necə qoruyaq? Qida və yaşayış tərzimiz necə olmalıdır?

ARANTV.AZ bildirir ki, həkim-diyetoloq Tutu Zeynalova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Təbii ki, hər fəsildə olduğu kimi payız fəslində də orqanizmin maye ehtiyacını ödəmək vacibdir. Bu maye su şəklində olsa, daha yaxşı olar. Həmçinin bitki çaylarına da müraciət etmək olar. Hər gün çəkimizin 3 faizi mislində su qəbul etməliyik. Bundan başqa yeməklərimizdə keyfiyyətli protein qaynaqlarına üstünlük verməliyik. Keyfiyyətli protein qaynaqları dedikdə yumurta, kənd yumurtası olsa daha yaxşı olar, toyuq əti, həftədə iki dəfə balıq əti, iki dəfə qırımızı ət və bu kimi məhsullar nəzərdə tutulur. Ümumiyyətlə, rəngarəng qidalanmalıyıq. Yəni boşqabımızda nə qədər rəngarəng, yaşıl, qırmızı, narıncı, bənövşəyi rəngdə qida olarsa, bir o qədər orqanizmimiz üçün faydalı olar. Məsələn, gün ərzində göyərti, yaşlı alma yeyiriksə, 3 çeşidli kükürdlü tərəvəzlər də qəbul etməliyik. Kükürdlü tərəvəzlər dedikdə isə göbələk, kələm, turp fəslindən olan sarımsaq, soğan nəzərdə tutulur. Qida rasionumuzu bu cür tərtib etdikdə immun sistemimizi dəstəkləmiş oluruq. Bundan əlavə hər gün bir ovuc çərəz yemək tövsiyə olunur”.

Tutudiet

Tutu Zeynalova

Tutu Zeynalova qeyd etdi ki, qidalardan başqa yuxu rejiminə də düzgün riayət etmək lazımdır: “Çünki gecə yuxusuz qaldıqda immun sistemimizin işinə mane olmuş oluruq. Buna görə də gecə yuxusu, xüsusən də saat 23:00-03:00 arası olan yuxu çox önəmli və vacibdir. Buna mütləq nəzarət etməliyik”.

Diyetoloq pandemiya dövründə diqqət etməli olduğumuz məqamlara da toxunub: “Biz deyə bilərik ki, sumaq, sarımsaq yesəniz koronavirus sizdən 40 faiz uzaq ola bilər və sairə. Amma bunu unutmaq olmaz ki, tibbi maskadan istifadə etmək bizi virusdan 95 faiz qoruyacaq. Bunu unutmaq olmaz. Beləliklə, hər şeydən əvvəl tibbi maska taxmalı, gigiyenik qaydalara əməl etməliyik. Ən yaxşı qoruyucu vasitələr bunlardır. Pandemiya və payız dövründə immun sistemimizi necə artırmağımıza gəldikdə isə, xatırladım ki, bizim immun sistemimizin 80 faizi bağırsaqlarımızdadır. Biz nə qədər faydalı məhsullardan istifadə etsək, bağırsaqlarımızda faydalı bakteriyaların sayı artmış olacaq və immun sistemimiz güclənəcək. Lakin gün ərzində passiv həyat tərzi keçirsək, daim yataq və oturaq vəziyyətdə olsaq, davamlı şirniyyat yesək, gecə vaxtında yatmayıb, zamanımızı ancaq sosial şəbəkələrdə keçirsək, burada heç bir immun sistemindən danışmaq olmaz. Çünki immun sistemini bitirən, zəiflədən, məhv edən stressdir. Stressi yaradan isə hərəkətsizlik, yuxusuzluqdur. Hər gün yarım saat təmiz havada gəzmək lazımdır. Daha bir önəmli məsələ, yatmazdan 3-4 saat əvvəl artıq yemək yeməyi dayandırmaq lazımdır. Çünki yatdığımız zaman ac olmalıyıq ki, immun sistemimiz güclü olsun. Lakin yeyib yatdığımız zaman həzm sistemimiz dövrana girir, bütün orqanlar çalışır və bu zaman immun sistemimizi kifayət qədər dəstəkləyə bilmirik”.

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı  dəqiq vaxtı açıqladı

Adil Qeybulla

Tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd etdi ki, pandemiya dövründə ən əsası karantin qaydalarına əməl etmək lazımdır: “Ən əsası tibbi maska taxmaq, əllərin mütəmadi dezinfeksiyası, sosial məsafələrin qorunması çox sərt olmalıdır. İkinci bir tərəfdən payız mövsümündə hər zaman mövsümü xəstəliklər özünü göstərməyə başlayır. Pandemiya və mövsümü xəstəliklərin bir yerdə olması xeyli problemlər yarada bilər. Ona görə də tövsiyə olunur ki, qidalanmaya diqqət edilsin, meyvə-tərəvəz qəbul olunsun, fiziki aktivlik, hərəkətlilik olsun və sairə. Yəni immun sistemini formada saxlamaq lazımdır. Həmçinin ziyanlı vərdişlərdən, o cümlədən siqaret çəkmək, alkoqol qəbul etməkdən uzaq durmaq lazımdır. Bu vərdişlər immun sistemini zəiflədən ən mühüm faktorlardır. Həmçinin yuxu rejiminə riayət etmək lazımdır. Yuxusuzluq immun sistemini zəiflədir.

Ümumiyyətlə, payızda daha çox rast gəlinən soyuqdəymədir. Havanın gah isti, gah da soyuq olmasından asılı olaraq insanlar geyimlərini düzgün seçə bilmirlər. Buna görə də soyuqlama əmələ gəlir. Bu soyuqlama əslində yuxarı tənəffüs yollarında fəallıq göstərən onlarla infeksiyaların fəallaşması nəticəsində  əmələ gəlir. Beləcə, insanlarda qripə bənzər əlamətlər, öskürək, burun axması, zökəm və sairə müşahidə olunur. İnsanlar çalışmalıdırlar ki, bu cür xəstəliklərdən mümkün qədər qorunmaq üçün gündəlik geyimlərinə, hava proqnozuna diqqət etsinlər, idmanla məşğul olsunlar, vitaminli qidalar qəbul etsinlər”.

Yediyimiz bu qidalar elə tərkiblidir ki, hətta meyiti... - Azərbaycanlı  mütəxəssisdən DƏHŞƏTLİ XƏBƏRDARLIQ

Fizuli Hüseynov

Daha çox xəbərlər