Kriminal 

Taksi sürücüsü bıçaqlandı

Salyanda taksi sürücüsü bıçaqlanıb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə səhər saatlarında Salyan-Şirvan magistralında qeydə alınıb. Salyan rayon sakini, 1971-ci il təvəllüdlü Gülüşov Cəbrayıl Mirzəğa oğlu taksi kimi idarə etdiyi avtomobili 2 nəfər dayandırıb.

Daha sonra həmin şəxslərdən biri ondan pul istəyib. Həmin anda onunla birgə olan digər şəxs onu arxadan bıçaqlayıb. Taksi sürücüsü yaralı vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha çox xəbərlər