“Heyf, arzularımız yarımçıq qaldı…” – Şəhid xanımının bu sözləri ÜRƏK DAĞLADI – FOTOLAR
Şəhid baş gizir Mehrab Niftəliyevin həyat yoldaşı onun yoxluğuna alışa bilmir.
ARANTV.AZ xəbər verir ki, o, sosial şəbəkə hesabında toylarından foto paylaşaraq kədərini bu sözlərlə ifadə edib: “12 il bundan əvvəl səninlə yeni həyata addım atanda o qədər xoşbəxt idik ki… Heyf, arzularımız yarımçıq qaldı. Gözümün nuru, arxam, dayağım, xoşbəxtliyim, gülüşümün səbəbkarı idin”.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!





