Cəmiyyət 

Muğam mərkəzində gənc rəssam Günay Məmmədlinin rəsm sərgisi keçirilib

Sərgini  Ailə, Uşaq və Qadın problemlələri üzrə Dövlət Komitəsi  təşkil edib.

ARANTV.AZ xəbər verir ki, noyabrın 30-da Bakı Muğam Mərkəzində Ailə,Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin növbəti 10-cu  “ Azərbaycan ailəsi 2018” film festivalı baş tutub. Festivalla yanaşı komitə gənc rəssam fiziki qüsurlu Günay Məmmədlinin də mərkəzin foyesində 25 əl işindən ibarət rəsm sərgisini təşkil edib. Sərgi Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun, Ailə , Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynovanın, Baş nazirin müavini Əli Əhmədovun, Mədəniyyət naziri Əbülfəs Qarayevin xoş sözləri ilə yadda qalıb.

Ailə ,Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin Günay Məmmədliyə təsis elədiyi diplomu gənc rəssama baş nazirin müavini Əli Əhmədov təqdim edib. Digər hədiyyə çantasını isə Ağsaqqallar Şurasının sədri , millət vəkili Fəttah Heydərov verib. Ailə , Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynovanın rəssama lazım olan malbert bağışlayıb.

Sonra “ Azərbaycan ailəsi 2018” film festivalı başlayıb.Onu da qeyd edək ki, layihənin əsası 2009-cu ildən etibarən Ailə, Uşaq və Qadın Problemləri Dövlət Komitəsi, Heydər Əliyev Fondu,BMT-nin Əhali Föndunun birgə təşkilatçılığı ilə qoyulub. 2018-ci ildən isə mədəniyyət nazirliyidə “ Azərbaycan ailəsi ” film festivalının təşkilatçıları sırasına qoşulib. 2009-cu ildən başlayan festival formasında 2014-cü ildən dəyişiklik olmuş, festival çərçivəsində “ Həyatdan şəkilə” foto müsabiqəsi keçirilmişdir.

Əlavə olaraq onu da bildirək ki, qalib gələn işlər, “ Baş mükafat”, “ən yaxşı fotoşəkil”, Ən yaxşı tələbə filmi”, “ Ən yaxşı sosial çarx”,” Ən yaxşı sənədli film” nominasiyaları üzrə mükafatlandırılıb.Müsabiqədə iştirak edən 20 fotoqraf və rejissor xüsusi mükafatlara layiq görülüb.

Musa Muradlı

Daha çox xəbərlər