Hadisə 

Azərbaycanda PARTLAYIŞ: 1 nəfər yanaraq öldü

Sabirabad rayonunda fərdi yaşayış evində quraşdırılan qaz sobası partlayıb.

ARANTV.AZ-ın xəbərinə görə, partlayış nəticəsində baş verən yanğın zamanı ev sahibəsi Əliyeva Ağasoltan Zakir qızı ağır yanıq xəsarətlətləri alaraq Bakıda yerləşən 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb./Unikal.org

Daha çox xəbərlər