Sosial 

Əsirlikdən qayıdan əsgərimiz DANIŞDI: “Hər iki əlimi…”

“Mən 3 yerimdən yaralandım. Yeriyə bilmirdim, ancaq sürünürdüm. Ermənilər məni tapdılar. Əllərinə keçəndə işgəncə etdilər”.

ARANTV.AZ  Sonxeber.az-a istinadən xəbər verir ki, bunu erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ömər Ələkbərov deyib.

Erməni əsirliyindən xilas edilən hərbçi Füzuli istiqamətində döyüşlərdə olduğunu bildirib:

“Deyirdilər biz nə deyirik, onu təkrarlayacaqsan. Çox işgəncə verərək, deyirdilər ki, niyə bizdən qorxmursunuz? Mən onlara başa salırdım ki, Azərbaycan əsgəri qorxaq deyil. Məni iki qandalla saxlayırdılar. Deyirdilər ki, Azərbaycan əsgərinin iki qolu bizim üçün təhlükədir. Əl işarələriylə bir-birimizlə danışırdıq”.

Daha çox xəbərlər