Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Bu hüznlü gündə Avropa İttifaqının (Aİ) nümayəndəliyi Azərbaycan xalqı ilə birgə Qara Yanvar faciəsinin qurbanlarının xatirəsini anır.
ARANTV.AZ xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanatında deyilir.
Bəyanatda qeyd olunur: “Faciəvi hadisələr daha yaxşı gələcək üçün sülh və humanizmin dəstəklənməsinin zərurətini vurğulayır. Yanvar hadisələrinin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığımızı ifadə edirik”.

