Komadan ayılandan sonra dünyasını dəyişən ŞƏHİDİMİZİN AYILMA ANI- VİDEO
Xəbər verdiyimiz kimi, Vətən müharibəsində ağır yaralanan Elşən Quluzadə, həkimlərin bütün səylərinə baxmayaraq, komadan ayılandan sonra şəhidlik zirvəsinə ucalıb.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, 27 gün komada qaldıqdan sonra ayılan 22 yaşlı çavuş Quluzadə Elşənin son videosu yayılıb.
Onun ayılma anını əks etdirən görüntülər sosial şəbəkələrdə yer alıb.
Videoda şəhidimiz “Hər şey yaxşı olacaq, elə-belə şeydir…” deyir.
Qeyd edək ki, şəhidin vida mərasimində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri də iştirak ediblər.
Allah rəhmət eləsin!

