Cəmiyyət 

Vüqar Səfərli: Sosial şəbəkələrin media kimi qəbul edilməsi düzgün deyil

Bu gün sosial media problemləri bütün dünyada mövcud olsa da, onları qəzet, sayt kimi qiymətləndirmək düzgün deyil.

ARANTV.AZ xəbər verir ki, bu sözləri Dövlət Dəstəyi Şurasının sədri Vüqar Səfərli “Dini qurumlar və sosial media” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sosial şəbəkənin media kimi qəbul olunmamasının səbəbi bu sahədə məsuliyyətin olmamasıdır:

“Bu gün sosial şəbəkələrin media kimi qəbul edilməsi düzgün deyil. Çünki televiziya, jurnallarda jurnalistlər yaydıqları mövzulara məsuliyyət daşıyırlarsa, sosial şəbəkələrdə bu məsuliyyət yoxdur. Əlbəttə, ölkəmiz tolerant bir ölkədir. Azərbaycanda keçirilən tədbirlər də ölkəmizin sabitliyini sübut edir, hər bir vətəndaş dinindən, irqindən asılı olmayaraq onu vətəni hesab edir.

Bütün bunlara baxmayaraq, xaricdən idarə olunan qüvvələr öz işini davam etdirir.

İlahiyyatçılarımızın bəziləri xaricdə təhsil alıb. Bu məqam da müəyyən təhlükələr yaradırdı. Bu il ölkə başçısının sərəncamı ilə İlahiyyat İnstitutu yaradıldı. İnstitut bu sahədə mütəxəssislərin yetişdirilməsi üçün mühüm rol oynayacaq”.

V.Səfərli onu da vurğulayıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə çoxsaylı tədbirlər keçirilib. Bu il dini maarifləndirmə mövzusunda qəzetlərdə 300 səhifədən çox material dərc edilib.oxu.az

Daha çox xəbərlər