Sosial 

İcazə sisteminə 112 milyondan çox SMS daxil olub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) 2020-ci ilin yekunlarına həsr olunan hesabat toplantısı keçirilib. Toplantıda Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak edib.

“ASAN xidmət”dən “İki sahil”ə verilən məlumata görə, EHİM-in direktoru Fariz Cəfərov 2020-ci ildə görülən işlərə dair hesabatında bildirib ki, ötən ilin aprel ayında EHİM Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni yaradıb.

2020-ci il ərzində Sistem üzərindən 1 milyon 270 mindən çox vətəndaşın və 139 mindən artıq qurumun fəaliyyətinə icazə verilib. İl ərzində vətəndaşlardan SMS icazə sisteminə 112 milyondan artıq SMS daxil olub və 95 milyon müraciətə müvafiq icazələr verilib.

Daha çox xəbərlər