Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş rejimdə çalışacaq
Şəhərlərarası nəqliyyatın, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək.
ARANTV.AZ xəbər verir ki, bu barədə trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, sərnişin sıxlığı yaranarsa, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.

