Qarın gözlərinizə zərər verməsinə icazə verməyin
Araşdırmalar nəticəsində məlum olub ki,günəşdən gələn ultrabənövşəyi şüaların qar və ya buzdan da əks olunaraq gözümüzün kornea təbəqəsinə zərər verə bilər. Xüsusilə xizəkçilərin və həddindən artıq qarla qarşılaşanların günəş eynəyi ilə “qar korluğuna” qarşı tədbir görmələrinin lazım olduğu deyilib.
ARANTV.AZ türk mediasına istinadən xəbər verir ki, qarın və buzun yansıtdığı işığa məruz qaldıqdan sonra işıqdan narahatlıq, yanma, ağrı, sancma, yad cisim hissi, gözləri aça bilməmək, görmə qabiliyyətinin zəifləməsi kimi əlamətlərlə gözün kornea təbəqəsini ciddi formada zədələyir və “qar korluğu” yarada bilir.
Buna əsasən xizəkçilərində, qar motosikllərindən istifadə edənlərdə və dağ alpinistlərində tez-tez rast gəlinir. Hava buludlu olsa da, yüksək ultrabənövşəyi qorumalı xizək eynəklərinin və ya günəş eynəklərinin gözü zədələyən ultrabənövşəyi şüaların təsirindən qorunyacağı deyilib. Günəş eynəyi taxmaq lazımdır, çünki ultrabənövşəyi şüalar buludlardan keçə bilər. Qoruyucu eynək demək olar ki, bütün ultrabənövşəyi şüaları süzür və işığın 5-10 faizini ötürür.

