Məscidül-Həramda qadın təhlükəsizlik işçiləri işə başladı

Həcc və Ümrənin Təhlüəsizlik Xidmətinin qadınlardan ibarət hərbi bölməsi Məkkə şəhərindəki Məscidül-Həram məscidində xidmətə başlayıb.

Bu barədə İslam.az Az.shafaqna.com-a istinadən xəbər verir ki,

Qadın hüquq-mühafizəçiləri hərəmin təhlükəsizliyinin təminatı ilə bağlı bir çox işləri, o cümlədən də hərəmdə qadınlarla bağlı olan bütün təhlükəsizlik işlərinin təşkili və nəzarətini yerinə yetirirlər.

Bu, çox sayda yerli qadının təhlükəsizlik xidmətlərinə qəbulu və onların hərbi hazırlıq keçməsindən sonra mümkün olub.