“Bütün ölkə ərazisində hava şəraiti kəskin dəyişib”

Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2013-10-16 07:31:56Z | http://piczard.com | http://codecarvings.com

“Nazirliyin bütün qurumları gücləndirilmiş iş rejimini davam etdirir, vətəndaşlardan və qurumlardan müraciətlər qəbul olunmaqdadır”.

ARANTV.AZ  xəbər verir ki, bu barədə qafqazinfo-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Qurum rəsmisi respublika ərazisində artiq hava şəraitinin kəskin dəyişdiyini söyləyib: “Bütün qurumlar tərəfindən lazımi qabaqlayıcı tədbirlər görülüb, əhali, ictimaiyyət nümayəndələri məlumatlandırılıb. Nazirliyin müvafiq qurumları təhlükəli hidrometeoroloji hadisə ilə bağlı operativ fəaliyyətini davam etdirir”.