Bu şirkətin 6 avtobusu hərraca çıxarıldı – Səbəb
Vergi borcuna görə avtonəqliyyat müəssisəsinin 15,6 min manatlıq 6 əmlakı yenidən hərraca çıxarılıb.
ARANTV.AZ-ın məlumatına görə, Vergilər Nazirliyi vergi borcuna görə “Tərtər Avtonəqliyyat” ASC müəssisəsinə məxsus 6 avtobusu ikinci dəfə hərraca çıxarıb. May ayında birinci dəfə hərraca çıxarılan avtobuslara 15 min 600 manat qiymət qoyulub.
İlkin hərracda satılmadığından avtobusların qiyməti 10% aşağı salınaraq ümumilikdə 14 min 40 manat müəyyənləşdirilib.
Hərraca çıxarılan əmlaklar Tərtər şəhəri, E. Hüseynov küç. ev 56 ünvanında yerləşir.apa

