KİV nümayəndələri Füzuli və Xocavənd rayonlarına səfərə yola düşüblər

Aprelin 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri Füzuli və Xocavənd rayonlarına səfərə yola düşüblər.

ARANTV.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, səfərin məqsədi işğal dövründə Füzuli və Xocavənd rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxış keçirməkdir.