Cəmiyyət 

Paytaxtda və regionlarda çoxmərtəbəli binaların dam örtükləri yenilənir

ARANTV.AZ xəbər v erir ki,  Paytaxtda və regionlarda çoxmərtəbəli binaların dam örtükləri yenilənir, binaların fasad və həyətləri öz görkəmini dəyişir. Ötən gün isə dövlət başçısının müvafiq sərəncamına əsasən  Gəncə, Sumqayıt, Şəki, Şirvan və Qazaxda ümumilikdə, 379 binanın dam örtüyü təmir olunacaq.

Bakı şəhər icra hakimiyyətinin balansında və xidmət dairəsində olan dövlət mənzil fonduna aid binaların girişlərində və dam örtüyündə genişmiqyaslı təmir abadlıq və yenidənqurma işləri aparılır. 2018-ci il ərzində 271 min 967 kvadratmetr dam örtüyü əsaslı təmir edilib. Binaların  dam örtüklərinin yenilənməsi ilə yanaşı,  11 min p/m yaxın su navalçaları, 6412 p m yaxın su borusu da  dəyişdirilib ki, bu da  binaların fasadlarının korlanmasının qarşısını alır. Təkcə ötən il 20 min kvadratmetrə yaxm 9 mərtəbəli, 16 min  kvadratmetrə yaxn 5 mərtəbəli binaların tasadlarında əsasl təmir işləri aparılıb. İşlər hazırda da davam etdirilir.

Bundan əlavə paytaxt binalarında 1649 giriş qapısı da əsaslı təmir olunub. Köhnə giriş qapıları yeni müasir tipli qapılarla əvəzlənib. Binaların pilləkən qəfəslərində 4 minə yaxın köhnə pəncərələr dəyişdirilib. Bütün bu işlərin davamlı olması üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi komissiya yaradılıb. Komissiya bundan sonra da dam örtüyü təmir ediləcək çoxmənzilli binaların siyahısını hazırlayacaq. Dövlət başçısının ötən gün imzaladğı müvafiq sərəncama əsasən isə Gəncə, Sumqayıt, Şəki, Şirvan və Qazaxda ümumilikdə, 379 binanın dam örtüyünün təmiri planlaşdırılıb. Bu məqsədlə 21 milyon 685 min 830 manat  vəsait ayrılıb. Bu vəsaitə Gəncədə 50, Sumqayıtda 263, Şəkidə 28, Şirvanda 30, Qazaxda isə 8, 3-5 mərtəbəli çoxmənzilli binanın dam örtükləri təmir olunacaq.

Daha çox xəbərlər