Rusiyada ermənilər saxta “Raffaello” istehsal edib
Rusiyanın Rostov vilayətində polis saxta “Raffaello” konfetlərinin istehsalı ilə məşğul olan sex aşkar edib.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, həmin sexdə 19 Ermənistan vətəndaşı işləyib.
Onların Rusiya ərazisində qanunsuz yaşadıqları da məlum olub.
Hazırda həmin sex sahibinin və istehsalatda iştirak edən digər şəxslərin axtarışları aparılır.

