Sosial 

Tələbələr koronavirusa yoluxdu: Universitetdə dərslər məsafədən tədrisə keçdi – RƏSMİ

Azərbaycan Texniki Universitetində ötən həftəsonu üç tələbənin koronavirus (COVID-19) testi pozitiv çıxıb.

ARANTV.AZ-ın məlumatına görə, bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar onlayn tədrisə keçib.

AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova Oxu.Az-a bildirib ki, üç tələbənin COVID-19 testi pozitiv çıxıb:

“Həmin tələbələrin təhsil aldığı qrupların dərsləri distant formada davam edəcək. Virusa yoluxan tələbələrin vəziyyəti normaldır”.

Daha çox xəbərlər