Bakıda bayram çadırlarının quraşdırılmasına başlanıldı – FOTO
Metro stansiyalarının çıxışlarında Yeni il ilə əlaqədar çadırlar quraşdırılır.
ARANTV.AZ-ın məlumatına görə, artıq metronun “Nəriman Nərimanov”, “28 May” və “Xalqlar dostluğu” stansiyalarının çıxışlarında çadırlar qurulub.
Bakı Şəhəri İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakının 12 rayonunda 20-ə yaxın bayram çadırlarının quraşdırılmasına başlanılıb.

