Brüsseldə İlham Əliyevlə NATO Baş katibi arasında görüş olacaq
Sabah Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə görüşəcək.
ARANTV.AZ NATO-nun saytına istinadla xəbər verir ki, səfər zamanı Prezident İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında da iştirak edəcək.
Azərbaycan Prezidenti və Baş katib görüşdən sonra NATO qərargahında mətbuat konfransı keçirəcəklər.

