MTRŞ peyk yayımı istifadəçilərinə müraciət edib
Milli Televiziya və Radio Şurası (MTRŞ) peyk televiziya yayımını qəbul edən istifadəçilərə müraciət edib.
ARANTV.AZ xəbər verir ki, şuradan verilən xəbərə görə, 28 yanvar 2022-ci il tarixdən etibarən “AzərSpace” peyki üzərindən ümumölkə və peyk televiziya kanallarının yayımının SD formatdan HD formata keçirilməsi nəzərdə tutulur.
Bu məqsədlə qeyd olunan texniki parametrlərdən istifadə olunacaq:
Frequency: 11175
Symbol Rate: 30000
Polarization: Horizontal
FEC: 3 / 4.

