“Uşaqları yara basıb” – Bu insanlar zibillərin içərisində yaşayır – VİDEO
Şamaxının Məhəmməd Əmin Rəsulzadə küçəsində zibillik problemi yaranıb.
ARANTV.AZ xəbər verir ki, küçənin sakinləri məişət tullantılarının əraziyə töküldüyünnən şikayətlənirlər. Tullantılar yolda antisanitar vəziyyət yaradıb.
Əlmövsüm Ələkbərov – Şamaxı sakini: “Bunu bura gətirib töküblər. Evimizdə otura bilmirik, milçək basıb hər yeri. Gecələr də itlərin səsindən dayana bilmirik. Bunu bilmirəm Bakıya aparırlar, hara aparırlar. Zibillikdən daşıyıb küçənin ortasına tökürlər.
Məlahət Atakişiyeva – Şamaxı sakini: “Gətirib gecə hamı yatannan sonra tökürlər zibbilləri bura. Yayın günüdü, antisanitariyadı. Bizim körpələrimiz var. Otura bilmirik, yata bilmirik, usaqları yara basıb”.
Zaur Abbasov – Şamaxı sakini: “Bu məhlənin camaatı, istər yuxarı, istər aşağı tərəf. Mümkün deyil yaşamaq”.
Məsələ ilə bağlı Şamaxı Kommunal təsərrüfat İstehsalat birliyinin açıqlaması isə belə oldu.
Güləmi Hacıyev – Şamaxı KTİB-nin əmkdaşı: “Şamaxı KTİB karton və plastik məmulatların yığılması ilə bağlı müəyyən təşkilatlarla müqavilə bağlayıb, çeşidlənməkdən ötrü daşınıb inzibati binanın qarşısına qədər gətirib. Texnikanın sıradan çıxdığına görə məcburiyyətdən əraziyə boşaldılıb. İstirahət vaxtına düşdüyündən vəziyyət bir müddət elə qalıb”.
Ərazidə çəkiliş aparıldıqdan dərhal sonra qurum tərəfindən tullantılar ərazidən yığışdırılıb və bir də eyni halın yaşanmayacağı bildirilib.

