Cəmiyyət 

QHT Müalicə Pansionatında müalicə alan vətəndaşların müalicələrinin monitorinqini keçirib

ARANTV.AZ xəbər verir ki,  Əlil vətəndaşlara diqqət və qayğını gücləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin tərəfindən həyata keçirilən “Əlilliyi olan vətəndaşların tibbi-reabilitasiyası və əmək fəaliyyətindəki imkanları ilə bağlı monitorinqlərin keçirilməsi” layi¬hə¬si çərçivəsində QHT–rəhbərlərinin iştirakı ilə, Xəzər rayonunun Şaqan qəsəbəsində Müharibə Əlilləri üçün Müalicə Pansionatında müalicə alan vətəndaşların müalicələrinə  monitorinq keçirilib.
Monitorinqdən sonra Mərkəzin iclas zalında, mərkəzdə müalicə alan vətəndaşlarla, tib işciləri və Lənkaran şəhərində fəaliyyət göstərən adiyəti olan QHT–rəhbərlərinin iştirakı ilə iclas keçirildi.
İclas, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının ərazi bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların  xatirəsi  yad edilərək öz işinə başladı.
İclası Pansionatının direktoru Pərvanə Hacıyeva  açaraq qonaqlarıvə Müharibə Əlilləri üçün Müalicə Pansionatının kolektivi adından salamladı. Sonra Vəfa Şəbiyeva Mərkəz haqqında ətrafləı məlumat verərək bildirdi ki, Müharibə Əlilləri üçün Müalicə Pansionatı əlillərə bərpa müalicəsi xidməti göstərilməsi üçün nəzərdə tutulan 250 çarpayılıq müəssisədir.
Pansionatın məqsədi əlillərə bərpa müalicəsi xidməti göstərilməsi yolu ilə onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Pansionatın əsas vəzifələri və funksiyaları tibbi, sosial, peşə diaqnostikasının və reabilitasiyasının həyata keçirilməsi, xəstəlikləri nəzərə alınmaqla bərpa müalicəsi alanların dietik və rasional qidalanmasının təşkili, bərpa müalicəsi alanların yaşını və sağlamlıqlarını nəzərə almaqla onların mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği, bərpa müalicəsi alanların məlumat bankının yaradılmasından ibarətdir.  Pansionat bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edir, öz fəaliyyətinin nəticələrinin ümümiləşdirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlayır və təcrübədə tətbiq edir.
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi”nin direktoru  Sərraf Oruc çıxış edərək xususi ilə qeyd ki, «Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin həm də cəmiyyətin başlıca vəzifələrindən biridir!». Müharibə əlilləri üçün müalicə pansionatı müharibə əlillərinin müalicə almaları üçün ümummilli lider Heydər Əliyevin xususi göstərişi ilə tikilərək müharibə əlillərinin xidmətinə verilmişdir.
Bu gün də müharibə əlillərinin tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını  artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərən¬camlar davam edir və bundan sonrada ölkə rəhbəri tərəfindən davam edəcəkdir.
Sərraf Oruc çıxış edərək bildirdii ki, Azərbaycan Qanununvericiliyə əsasən əlil vətəndaşlar ildə bir dəfə dövlət büdcəsi hesabına pulsuz tibbi-reabilitasiya kursu keçməli və pulsuz putyovkalarla müalicəvi sanatoriyalara göndərilərək orada müalicə olunmalıdırlar. Əlil vətəndaşlarımızın müalicələrini  təşkil etmək məqsədi ilə dövlət hər il nəzərdə tutulan qədər vəsait ayırır.
Tədbirdə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr müavini və layihənin rəhbəri Məcid Məmmədov həyata keçirilən layihənin əsas məqsədi haqında bildirdi ki, əlillərin Tibbi-Sosial Ekspert Komissiyalarına və rayon poliklinikalarında qanunda nəzərdə tutulmuş dövlət hesabına pulsuz müalicəvi sanatoriyalarına getmələri üçün putyovka almalarına köməklik göstərərək, onların müalicələrinini təşkil etməkdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Mərkəzləri ilə birgə əməkdaşlıq edərək, əlillərin işlədikləri idarələrdə və başqa əmək müəssisələrində yaranmış problemləri monitorinq  edərək araşdırıb onlara hüquqi köməklik göstərmək və əlil vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.
Layihə Bakının Sabunçu, Xəzər və Lənkəran şəhrində yerləşən İdarə və müəssələrdə çalışan əlilliyi olan işçilərin işləyib-işləməmələri və Əlillərin Bərpa Məkəzi, Xəzər rayonunun Şaqan qəsəbəsində Müharibə Əlilləri üçün Müalicə Pansionatı  və Lənkəran şəhər Əlillərin Regional Bərpa Mərəzlərində monitorinq apararıb əlill vətəndaşların müalicə prosiduralarına ictimai nəzarət edirik.
Məcid Məmmədov çıxışının sonunda, Müharibə Əlilləri üçün Müalicə Pansionatında səliqə-səhmman və mərkəzin kolektivinin müalicə alan əlil vətəndaşlarla göstərdikləri xidmətin təkilindən və onlara götərilən diqqət və qayğıdan mənmum olduğunu bildirərək, gözəl xidmətin təşkilinə görə ilk öncə Pansionatın direktoru Pərvanə xanım Hacıyevaya, həkimlərə və tibb başılarına öz təşəkkürünü bildirdi.
İclasda iştirak edən, Pansionatda müalicə alan müharibə əlilləri və həkimlər çıxış edərək, pansionatında əlil vətəndaşlarla göstərdikləri tibbi müalicədən, xidmətdənvə onlara götərilən diqqət və qayğıdan razı qaldığlarını bildirdilər.
Çıxış edənlər öz çıxışlarının sonunda, tədbirdə iştirak edən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Ekspert şöbəsinin baş məsləhətçisi Cavid Tağıyevdən və qonaqlardan pansionatın resisional müalicə otaqlarının az olduğunu nəzərə alaraq, pansianatın həyətində xəstələrin resional müalicə almaları üçün ayrca bina tikilməsi üçün yuxarı dairələrdə məsələ qaldırımasını  xahiş etdilər.
İclas iştirakçılarına, layihə çərçivəsində hazırlanmış “Əlil vətəndaçların tibbi reabilitiyasası  və əmək fəaliyyətlərindədi imtiyazları” haqqında maarifləndirmə kitabları paylanıldı.

Daha çox xəbərlər

Leave a Comment