Heydər Əliyev və Azərbaycan dili ” adlı dəyirmi masa keçirilmişdir.
Bu gün Bərdə rayon Heydər Əliyev Mərkəzində 21 fevral Beynəlxalq Ana Günü münasibətilə Bərdə şəhər 4 saylı kitabxana ilə birgə ” Heydər Əliyev və Azərbaycan dili ” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Arifət Əhmədova bildirdi ki , 1999-cu ildə BMT-nin təşəbbüsü ilə YUNESKO-nun baş konfransında 21 fevral tarixi Beynəlxalq Ana Dili Günü elan olundu. Elə həmin ildən etibarən bu gün münasibətilə dünya ölkələrində, məktəblərdə, universitetlərdə ana dili ilə bağlı tədbirlər, seminarlar keçirilməyə başlandı. 21 Fevral – Beynəlxalq Ana Dili Günü Azərbaycanda da qeyd olunur.Sonra 4 saylı Kitabxananın əməkdaşı Sədaqət Qarayeva çıxış etdi. O , bildirdi ki , ana dili hər bir xalqın milli mənsubiyyəti, mədəni irsinin təməlidir. Ölkə başçısının uğurlu siyasəti kimi 2004- cü ildən latın qrafikalı nəşrlərin kütləviləşməsi kitabxana sistemində yeni dövrün başlanğıcı olmuşdur. Artıq hər bir azərbaycanlı öz doğma dilində istınilən külyiyyatı əldə edə, oxuya bilər. Sonra Mərkəzin elmi işçisi Türkan Şadlinskaya çıxış edərək bildirdi ki , dilimizin dövlət dili müstəvisində tanınması, onun milli və beynəlxalq arenalarda təmsil olunması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edildi. Dahi rəhbərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dilinin hərtərəfli inkişafına, zənginləşməsinə, onun diplomatik aləmə yol açmasına göstərdiyi qayğı və fədakarlıq dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildi. Sonra Mərkəzin fond mühafizi Tamam Hüsüzadə çıxış etdi. O , qeyd etdi ki , Ümummilli lider Heydər Əliyevin 2001-ci il tarixli Fərmanına əsasən, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bərdə Dövlət Rəsm Qalereyasının əməkdaşı Şahnaz Gözəlova bildird ki , Bu ənənələri ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı, bu istiqamətdə görülən işlər Azərbaycan dilinin inkişafına böyük qayğının təzahürüdür.






