İlham Əliyev Putinə başsağlığı verdi
Hörmətli Vladimir Vladimiroviç.
ARANTV.AZ-ın xəbərinə görə, başsağlığında deyilir:
“Mi-8” helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 avqust 2018-ci il.

