Ölkəmizdə yetişən bənövşənin bir neçə baxımdan faydalı olduğunu bilirdinizmi?
Bərdə Dövlət Idarəetmə və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının nəzdində olan Akademik Həsən Əliyev adına “Yaşıl Dünya”klubunun sədri İsayeva Nuranə
Ölkəmizdə yetişən bənövşənin bir neçə baxımdan faydalı olduğunu bilirdinizmi?
Yazın nəfəsi duyulan kimi göy bənövşə çiçəkləri qarın altından baş qaldırırlar.Bənövşəyə spesifik xoş ətir verən maddə efir yağlarıdır.Həmin maddələrin sayəsində bitki əsəb sakitləşdirici və yuxu gətirici təsir göstərir.Stressin orqanizmə təsir gücünü zəiflədir.Bənövşə bitkisi ikiillik və çoxillik olur.Bənövşə soyuğa davamlı bitkidir.Bənövşə tərkibi müxtəlif maddələrlə zəngindir.Bənövşə dəmlənməsi dəri xəstəlikləri soyuqdəymə xəstəliklərində istifadə edilir.Tərkibində sink,selen və kaliumun çox olmasına görə onda ən çox kosmetologiya sahəsində istifadə edilir.Bənövşəni bir neçə növü vardır.Onun ən geniş yayılmış növü Dəvərəgöz bənövşədir.Dəvərəgöz bənövşədən hazırlanan ekstrat ürək fəaliyyətini yaxşılaşdırır,damar xəstəliklərinin, dermatitlərin,psoriazın,eqzamenanin sağalmasını sürətləndirir.

