Cəmiyyət 

“Azərişıq” Xırdalanda baş vermiş qəza ilə bağlı açıqlama yayıb

“Azərişıq” ASC bu gün Abşeron rayonun Xırdalan şəhərində baş vermiş qəza ilə bağlı açıqlama yayıb.

ARANTV.AZ  xəbər verir ki, açıqlamada deyilir ki, bu gün günorta saatlarında Xırdalan yarımstansiyasında qısaqapanma nəticəsində qəza baş verib və qəza nəticəsində ərazidə elektrik enerjisi təchizatında problem yaranıb.

Hadisədən dərhal sonra əraziyə qəza xidməti cəlb edilib və qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb. Bu müddət ərzində isə alternativ xətlə abunəçilərin elektrik enerjisi təchizatı bərpa edilib.

Daha çox xəbərlər