Region Xəbərləri 

Kürdəmirdə çiyid səpininə hazırlıq işləri başa çatdırılır

Kürdəmir rayonunda cari mövsümdə 2200 hektarda çiyid səpini proqnozlaşdırılır və əkinə hazırlıq işləri başa çatdırılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Qorxmaz Şükürov AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumatda bildirir ki, bu mövsümdə çiyid kənd ərazi icra nümayəndəliklərinin 80 faizində əkiləcək. Səpin daha çox Muradxan, Şilyan, Qarasu, Karrar, Qarasaqqal və bir sıra digər ərazi dairələrində aparılacaq. Artıq gələcək yüksək məhsul üçün zəruri olan arat işləri başa çatdırılır. Kifayət qədər çiyid, səpinlə birlikdə veriləcək amofos gübrəsi gətirilib. Ümumilikdə 25-dək səpin aqreqatı tam hazır vəziyyətdədir.

Hava şəraitindən asılı olaraq aprelin birinci ongünlüyünün axırlarında və ya ikinci ongünlüyün əvvəllərində kütləvi surətdə səpinə başlanılacaq.

Daha çox xəbərlər