Yazın gəlişinə 3 gün qaldı
Bu həftə Azərbaycana yaz fəsli qədəm qoyacaq.
ARANTV.AZ xəbər verir ki, yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir.
Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

