Gündəm 

Quşçuluq müəssisələrində 19,8 min ton quş əti istehsal edilib

Cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkidə 19,8 min ton (keçən il 18,9 min ton) quş əti və 191,7 milyon ədəd (keçən il 183,6 milyon ədəd) yumurta istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 10 milyon 182,8 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 60 ədəd yumurta alınıb.

Daha çox xəbərlər