Region Xəbərləri 

Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti.

Ümummilli liderimiz Heydər Əliyev uzaq görənliklə qeyd edirdi ki: “İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik.Bu, böyük nailliyətdir.Bu, iqtisadi və başqa nailiyyətlərin hamısından üstün bir nailiyyətdir ki,bizim bir millət kimi özümüzə məxsus diimiz var və o da o qədər zəngindir ki,dünyanın hər bir hissəsini biz öz dilimizidə ifadə edə bilirik”.
Bu sözlərə istinad olaraq deyə blərəm ki,əsirlər, qərinələrdir ki,xalqımıza o tayli-bu taylı Azərbaycana xidmət edən dilimiz qədim tarixə malik olan,min illərin növbənöv burulğanlarından üzüağ çıxaraq dövrümüzə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir.Azərbaycan dili tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın psixaloji-fəlsəfi cizgilərini yaşadan milli varlıqdır.Vaxtilə Azərbaycanın böyük şairiSüleyman Rüstəmin “Mən sənin dilinə dəymirəm, cəllad, Gəl sən də bu ana dilimə dəymə, Sənin də bağın var, gülün var, çəkin, Bağıma əkdiyim gülümə dəymə “deməsi dilimizin sabahını düşünən böyük şairin vətəndaş etirazı idi.
Belə qəanətə gəlmək olar ki, türk dillərinin,o, cümlədən Azərbaycan dilinin daxili energisinin, potensial gücünün, ifadə imkanlarının və lüğət tərkibinin zənginliyini, qrammatik qurluşunun bütovlüyü və s.xüsussiyyətlər dilimizin assimiliyasiyasının qarşısını almışdır.Dilimizin daxili potensial imkanları, gücü, enerjisi və müqaviməti yad dillərin mövqeyini üstələyə bilmiş, bununla da dilimz elm, sənət və ədəbiyyat dili kimi daim hücümçu mövqedə olmuş,qalib gəlmək və yaşamaq haqqına çıxmışdır.
1993 –cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi,ideoloji –mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu, və onun xüsusi diqqət yetirdiyi məsələllərdən biri də məhz dil məsələsi idi.Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəsislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu.Ümumiyyətlə,müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndərin müstəsna xidmətləri var.Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümumilli liderin “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır.Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətə və xalqa yenidən rəhbərlik edən Ümummilli lider ana dili məsələsinə yeni səviyyədə-müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini verdi.
2001 –ci ildə Ümummilli lidrimizin imzaladığı Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi.Məhz Ulu Öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökümət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi.Eləcə də,latın qrafikasına keçid prosesi başa çatdırıldı.
Ulu öndər Heydər Əliyevin dil siyasəti özünə məxsus möhkəm prinsiplər əsasında qurulmuşdur.
Bu siyasət, hər şeydən öncə, demokratik prinsiplərə əsaslanır.Bu demokratiklik isə,birinci növbədə hər bir məsələnin həllində xaalqın, o cümlədən geniş ziyalı kütləsinin rəyinin nəzərə alınması zəminində yaranması ilə əlamətdardır. Heydər Əliyevin dil siyasətinin əsaslandığı prinsiplərdən biri də dəqiqlik,uzaq görənlikdir.
Bütün sahələrdə olduğu kimi, dil siyasətində də o, qlobal məqsədləri əsa götürür və hər hansı bir məsələnin həllində onun bütün cəhdlərini, keçmişini, bu gününü, gələcəyini nəzərə alaraq, həll olunmasına qərar verir.Hər bir məsələni hərtərəfli götür-qoy etmək,dərindən araşdırmaq, xeyir və zərərini dəqiq müəyyənləşdirmək Heydər Əliyevin dil siyasətinin mahiyyəini təşkil edir.
Heydər Əliyevin dil siyasətinin əsaslandırdığı prinsiplərdən biri də dillə bağlı bütün məsələlərə münasibətdə obyektivlikdir….Obyektivlik dil siyasətində məsələnin hissiyata qapılmadan, təmkinlə və ən vacibi, qanunların aliliyinə hörmətlə həll edilməsidir.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” böyük Öndər Heydər Əliyevin 18 iyun 2001 ci il tarixli fərmanında deylir…Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır.Tarixin müxtəlif mərhələrərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradann qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur.Dil öz daxili qanunları əsaəsnda inkişaf edirsə də, onun tədqiq və tətbiq ediməsi üçün yaradılmış geniş imkanları bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.
Ümümmilli liderimiz Heydər Əliyev demişdir: “ Inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir,böyük gələcəyə malikdir.Ona görə də xalqımıza ulu babalardan miras qalan bu qiymətli ən milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı,daim qayğı ilə əhatə etməlidir.
Müstəqllik illərində Ümummilli liderimiz Heydər Əliyevin qayğısı sayəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi.Azərbaycan dilinin özünə məxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları,mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır.Hazıırda ölkəmizdə cəmiyyətimizin elə bir sahəsi yoxdur ki,Azərbaycan dili orada rahat işlədiə bilsin.
Türk dünyası yazıçılarının 1996 cı il noyabrın 6 da keçirilmiş III qurultayında “ Mən fəxr edirəm ki,türk ellərinə mənsub olan azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik—deyirdi böyük Öndər Heydər Əliyev”.
Böyük Öndər Heydər Əliyev Ümumrespublika tədbirlərində azərbaycanca danışmaqdan çəkinmirdi, neçə illər ərzindəküncə sıxışdırılan dilimizin sabahına işıq salıb, cəsarəti şəxsi nümunəsi ilə milyonlarla insanların ürəyindən keçənlərin iradəsinə çevrilmiş, haqq sözünü demiş, dilimizin ən ali mərtəbəyəlayiq olduğunu bəyan etmişdir. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi il siyasətini bu gün Azərbaycan prezidenti lham Əliyev uğurla davam etdirir.Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir.Ümumiyyətlə Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin—ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixişərait yaaratdı ki,biz həmin siyasətinuzun illə uğurla davam edəcəyinə tam əminik.
Beləliklə,minilliklər boyu formalaşan və bu gününmüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimiliyinin simvolu,qürur mənbəyidir.Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisindəlayiqli yer tutması baxımından vacib tarixi imkandır.Məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiymiz uğurların əsasını təşkil edir.
Bərdə rayon N.Nərimanov adına 3 N-li tam orta məkətbin tarix müəllimi Cəfərova Elnarə.

Daha çox xəbərlər