Cəmiyyət 

Azərbaycanda maska tələbi ləğv edildi

Azərbaycan Nazirlər Kabinetinin 22 aprel tarixli qərarına əsasən bu gündən tibbi maska tələbi ləğv edilir.

ARANTV.AZ xəbər verir ki, sənədə əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunur.

Eyni zamanda, bu gündən Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımayacaq və yalnız tövsiyə edilir.

Daha çox xəbərlər