Siyasət 

Ekspert: “Rusiya bu məsələdə Ermənistana güzəştə getməyəcək”

“Rusiya qaz tariflərinin azaldılması məsələsində Ermənistana güzəştə getməyəcək”.

ARANTV.AZ xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert Aleksey Nejivoy deyib.

O bildirib ki, Ermənistanda baş vermiş məlum hadisələrdən sonra Rusiya yeni hökumətə müxtəlif ticarət alətləri vasitəsilə təzyiqlər göstərəcək:

“Bu cür siyasətin nəticəsi Ermənistan üçün kədərli ola bilər, çünki ölkə tam dəstəksiz qala bilər”.

Qeyd edək ki, 2018-ci ilin dekabrın 31-də “Qazprom-Ermənistan” şirkəti ölkədə təbii qaz qiymətlərinin artdığını elan etmişdi.

Rusiya ilə Ermənistan arasında aparılan danışıqların yekununda qazın min kubmetrinin əvvəlki 150 dollar əvəzinə 165 dollara satılması qərara alınıb.

Daha çox xəbərlər