Gündəm 

Heydər Əliyev Beynəlxalq Aeroportu 7 ay ərzində 2,5 milyon sərnişinə xidmət göstərib

ARANTV.AZ xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilin 7 ayı ərzində 2 milyon 500 min sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan artıq aviaşirkətə xidmət göstərir. Hava limanı vasitəsilə yeddi ay ərzində 2 milyon 500 min sərnişin daşənəb. “Azərbaycan Hava Yolları” milli aviadaşıyıcısının payına 1 milyon 70 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 259 min sərnişin düşüb. Beynəlxalq reyslərlə ümumilikdə 2 milyon 150 min sərnişin daşınıb. Sərnişinlərin ümumi sayının 33 faizi AZAL-a, 12 faizi isə “Buta Airways”a məxsusdur. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna iyul ayında Moskva, İstanbul, Dubay, Antalya, Şarja, Kiyev, Bağdad, Tehran, Bodrum və Təl-Əviv daxil olub. Bu ilin mayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax”ın ən yüksək 5 ulduzuna layiq görülüb. Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq, ikinci il Rusiya və MDB ölkələrinin hava limanları arasında xidmət səviyyəsinə görə, ən yaxşılar siyahısına başçılıq edərək “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.

Daha çox xəbərlər

Leave a Comment