Siyasət 

KXDR-nın səfiri YAP-ın mənzil-qərargahında olub

ARANTV.AZ xəbər verir ki,  “Azərbaycan son illər böyük uğurlara imza atıb, iqtisadi inkişafa nail olub”. Bu sözləri Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Hen Cun Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirdiyi görüşdə səsləndirdirib. Ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyindən danışan Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov səfirin Azərbaycanda fəaliyyəti dövründə bu istiqamətdə səylə çalışacağına ümidvarlığını bildirdi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, ölkədə aparıcı siyasi təşkilat olan Yeni Azərbaycan Partiyasının fəaliyyəti, strukturu barədə qonağa ətraflı məlumat verərək diqqətə çadırdı ki, üzvlərin 48 faizini qadınlar, 38 faizini isə gənclər təşkil edir. Azərbaycanın qazandığı uğurlardan da danışaraq xüsusilə son illər iqtisadi sahədə əldə olunan nailiyyətləri qeyd etdi. Bildirdi ki, Azərbaycanın yeganə problemi Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanla ölkəsi arasında dostluq əlaqələrinin tarixi ənənələrə söykəndiyini deyən Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Hen Cun ikitərəfli münasibətlərin əsasının rəhbər Kim İr Sen və xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu bildirdi. Vurğuladı ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onun suverenliyini ilk tanıyan ölkələrdən biri Koreya Xalq Demokratik Respublikası olub. Səfir ölkələrimzin beynəlxalq qurumlardakı əməkdaşlığını da yüksək qiymətləndirdi. Ölkəmizdə gedən inkişaf prosesini yaxından izlədiklərini vurğulayaraq bildirdi ki,  Azərbaycan son illər böyük uğurlara imza atıb. Beynlxalq aləmdə də yüksək nüfuza və rola sahibdir.

Daha çox xəbərlər

Leave a Comment