BMT dünya əhalisinin sayını açıqlayıb.
ARANTV.AZ xəbər verir ki, qurumun baş katibi Antonio Quterreş yayımladığı hesabatda hazırda Yer kürəsində əhalinin sayının 7,7 milyard nəfər olduğunu bildirib. 2050-ci ilə qədər bu rəqəmin 9,7 milyarda çatacağı proqnozlaşdırılır.
Qeyd edilib ki, 2050-ci ildən sonra artım tempinin aşağı düşməsi ehtimal edilib. Əsrin ikinci yarımilliyində dünya əhalisinin cəmi 1,3 milyard artacağı və ümumilikdə 11 milyarda çatacağı gözlənilir.axşam.az
