Narkomanlığı təbliğ edən qızlar meydan oxudular: Yeni bədnam VİDEO
“Kazbekə şey basım, zırranım” trendi bitməyə macal tapmamış, “Tik-Tok”da narkomaniyanı təbliğ edən daha bir trend başlayıb. Gənclər indi də “Ot duşi ley-pey, bomba kayfda” mahnısına rəqs edib, paylaşırlar. Biz bu bayağı, zövqsüz, savadsız gəncliklə hara gedirik axı?”
ARANTV.AZ xəbər verir ki, bu haqda azvision.az saytının redaktoru Vüsal Məmmədov Youtube kanalında yerləşdirdiyi aşağıdakı videoya yazıdığı rəydə bildirib. Videodan aydın görünür ki, son vaxtlar cəmiyyətin təpkisinə və qınağına baxmayaraq yeniyetmə və gəncləri bürüyən bu bəla dərin qatlara işləyib. Bu videonu narkomanlığa meyilli, həmçinin narkotik maddələr, peraparatlar qəbul edən yeniyetmə və gənclərin cəmiyyətə meydan oxuması kimi də qəbul etmək olar.

