Bilgəh çimərliyi qeyri-qanuni hasarlanır? – VİDEO
“Xəzər dənizinin Bilgəh çimərliyi sahili zəbt edilir”.
Bu barədəOxu.Az-a daxil olan şikayətdə bildirilib.
Şikayətçi Orxan Əsgərzadə bildirib ki, Nardaran piri ilə üzbəüz sahil hasarlanır və oraya qanunsuz şəkildə çətirlər yerləşdirilib:
“Son iki həftədə plyajın 80 faizini zəbt ediblər. Rahat şəkildə istirahət edə bilmirik. Aidiyyəti qurumların məsələni diqqətdə saxlanılmasını istəyirik”.

