Azərbaycanda bu mallar ucuzlaşdı
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, aprelin 18-də qızılın qiyməti aprelin 17-i ilə müqayisədə 9,197 manat azalaraq 1 unsiya üçün 2162,8505 manat təşkil edib.
Gümüş 0,1447 manat ucuzlaşaraq 1 unsiya üçün 25,4085 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 2,3715 manat artaraq 1501,287 manat, palladiumun qiyməti isə 58,446 manat artaraq 2366,5955 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

