Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatının kollektivi Yenidaşkənd kəndindən olan Vətən müharibəsi şəhidi Hümbətov Səfayətin şəhadətə yüksəlməsinin ikinci ili münasibətilə onun ailəsində olmuşlar.

Bu günlərdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya təşkilatın məsul işçiləri Elməddin Əsgərxanov, Əlövsət Məmmədov, Vasif Mehdizadə və partiya fəalı Tamella İbadova ilə birlikdə “Paşa sığorta” ASC -nin gəstəyi ilə rayonun Yenidaşkənd kəndindən Vətən müharibəsi şəhidi Səfayət Hümbətovun ailəsində olmuşlar. Bu kəndin əhalisi və eyni zamanda Vətən müharibəsinin şəhidi Səfayət Hümbətovun ata və babaları dəfələrlə erməni təcavüzkarlığına məruz qalmış, Ermənistanın deportasiyası nəticəsində 1948-53-cu illərdə Göycə mahalının Daşkənd kəndindən Bərdəyə pənah gətirib burada Yeni Daşkənd kəndi adlı yeni kənd salıb kompakt halında yaşayırlar.
Çavuş Hümbətov Səfayət Ələddin oğlu sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak edib və orada şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Hümbətov Səfayət Ələddin oğlu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhidin qardaşı Azad Hümbətov da 1991-1994-cü illərdə 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Azad qardaşı Səfayətin şəhidliyidən sonra vəfat etmişdir. Şəhid Səfayətin ocağında onun yadigarları -iki oğlu böyüyür: Hüseyn və İsmayıl.
Şəhid ailəsi ilə görüş zamanı Fəqət Şadlinskaya bildirmişdir ki, Vətən müharibəsi ölkəmizin ən şanlı tarixidir. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu tarixi Qələbəni qazandı. Bununla da ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Şəhidin ailə üzvüləri möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə mənim olduqlarını ifadə etmişlər.

Daha çox xəbərlər