Damla onu təhqir edən müğənninin SİRRİNİ EFİRDƏ AÇDI: Sözün açığı, təəccüblənirəm – VİDEO
ARANTV.AZ xəbər verir ki, aparıcı Damlaya “Bu gün estradada kimdənsə dəstək umursanmı?” sualı ilə müraciət edib.
Gənc ifaçı Tolikin sualına cavabında bir çox qaranlıq məqamlara aydınlıq gətirib:
“Barəmdə danışmasınlar, istəmirəm o dəstəyi də. Onların o saxta münasibətlərini istəmirəm. Çünki, verilişlərdə çox aşağılayırlar, olmazın sözlərini deyirlər. Danışmasınlar, heç o dəstəyi dəistəmirəm. Ondan sonra, üzbəüz gələndə gəlib üzümə gülüb, mənlə öpüşüb-görüşəndə, sözün açığı, şoka düşürəm. Əsas da deyəndə ki “Bilirsən də, bu efirdir. Şou insanlarıyıq biz. Mən deyirəm, sən də cavab ver gündəm olsun””.
Xatırladaq ki, əməkdar artist Elza Seyidcahanın Damla barədə qalmaqallı ifadələr işlədib, efirdə fotosunu cırması olayı uzun zaman “maqazin” gündəmini zəbt etmişdi.
milli.az

