Cəmiyyət 

Murad Dadaşov Ruhəngiz Qasımova haqqında: “Onun adı gələndə üzümdə gülüş yaranır”

“Ruhəngiz Qasımova üçün çox darıxacağam”.

Bu sözləri Oxu.Az-a açıqlamasında şoumen, tanınmış aparıcı Murad Dadaşov deyib.

Onun sözlərinə görə, Ruhəngiz xanım çox maraqlı və məzəli insan idi:

“Ruhəngiz xanımla son vaxtlar gec-gec görüşürdük. Telefonla tez-tez danışırdıq. Onun adı gələndə üzümdə gülüş yaranır. Hesab edirəm ki, o, həmişə yaşayacaq. Onun yoxluğu bizi çox təəssüfləndirir. O, hər zaman qəlbimizdə yaşayacaq”.

14:22

“Ruhəngiz Qasımovanın vəfatı mənim üçün ağır itkidir”.

Bunu Oxu.Az-a açıqlamasında müğənni Xəyyam Nisanov deyib.

Onun sözlərinə görə, ən son 1 ay əvvəl telefonla danışıblar.

“O, bizim böyük sənətkarımız idi. Dahi sənətkar idi. Mənim üçün ağır itkidir. Ən son məclisdə görmüşdüm. Sonuncu dəfə 1 ay öncə telefonla danışdıq. Çox təəssüf edirəm”.

Daha çox xəbərlər