Gündəm 

Şuşa Zəfərin ən parlaq rəmzidir

Zəfərin rəmzi – Şuşa Qarabağın tacı, Şuşa Şuşa şəhəri 18 əsrdə salınsa da, özündə çox böyük tarixi izlər və mədəni irsi qoruyub saxlayır. Qarabağın tacı olan Şuşa həm də dövrünün alınmaz qalası olub.30 ilə yaxın işğal altında olan şəhər ötən ilin 8 noyabrında müzəffər ordumuz tərəfindən azad edildi və alınmaz qala qüdrətini özünə qaytardı.Başı dumanlı əlçatmaz dağlar, yaşıl meşəli füsunkar gözəllik və alınmaz qala.Qarabağın tacı, xalqımızın həm qədim mədəniyyət, hə də müasir zəfər tarixi – Şuşa.Şuşa deyiləndə ya Xanın səsi düşərdi yadımıza,ya cıdır düzündə at oynadan igidlərimiz, ya da təbiətin nadir incisi Xarı bülbül.Qarabağın şikəstəsini dinləyərək bu füsunkarlığa nə vaxtsa qovuşacağımızı oturub həsrətlə gözləyərdik.Gün gəldi və bu həsrətə son qoyuldu. Şanlı Azərbaycan əsgəri noyabrın 8-də Qarabağın alınmaz qalasına üçrəngli bayrağımızı sancdı. 28 illik həsrət zəfər günü ilə sona çatdı.Əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub Şuşanın. O vaxt Qarabağ xanlığı çoxsaylı yadelli hücumlarından nəhayət bu qala ilə özünə sığınacaq tapdı.Şuşa Qarabağın qalası,Azərbaycan mədəniyyətinin isə beşiyinə çevrildi.

19-cu əsrdə isə Şuşa artıq nəinki Qafqazda, hətta Şərqdə əhəmiyyətli ticarət mərkəzi kimi şöhrət qazanmışdı. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən şəhər əlverişli iqlimi ilə diqqət çəkir. Sənətkarlıq şəhəri kimi tanınan Şuşada ədəbiyyat və incəsənət yüksək inkişaf etmişdi. Hələ təkcə 19-cu əsrdə Şuşada 95 görkəmli şair və yazıçı, bundan əlavə 22 musiqişünas, 35 muğam ifaçısı, 70-dən çox tar, kamança və digər musiqi aləti ifaçılarının yaşayıb-yaratmışlar. Xurşidbanu Natəvanın, Qasım bəy Zakirin, Nəcəf bəy Vəzirovun vətəni, Molla Pənah Vaqifin yaşayıb-yaratdığı ocaq olub Şuşa. Muğam sənətinin də vətənidir Şuşa. Cabbar Qaryağdıoğlu,Xan Şuşinski,Bülbül kimi xanəndələr yetişdirib bu mədəniyyət şəhəri. Şuşa özünə məxsus memarlığı ilə də seçilib.Burada 549 tarixi tikili,17 məscid, 6 karvansara, 3 türbə, bir neçə kilsə və monastır,2 qala və qala divarı ucaldılıb.Şəhər cənubdan məhşur cıdır düzü, şərqdən isə “Dövtələb” adlanan təpə ilə əhatə olunub.17 məhəlləsinin hər birinin öz adətləri, məşğuliyyətləri olub.Bu gün doğma Şuşa öz tarixi sahiblərinə qovuşub. 28 ildən sonra burada ilk dəfə Azərbaycan əsgərinin ayaq səsləri eşidilir.Qarabağ atları da 28 ildən sonra cıdır düzündə çapacaq.Xanın səsi havalanacaq Şuşa göylərinə,Qarabağın şikəstəsi eşidiləcək Şuşanın mədəniyyət mərkəzlərində,konsert zallarında.Xarı Bülbül isə bundan sonra vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan əsgərinin xatirə rəmzi olaraq xalqımızın ürəyində bitəcək, qəlbizimdə çiçək açacaq. Qarabağın və Şuşanın şanlı tarixinin Mirzə Adıgözəl bəy, Mirzə Camal Cavanşir, Əhməd bəy Cavanşir, Mir Mehdi Xəzani, Mirzə Rəhim Fəna, Həsən İxva Əlizadə və digərlərinin müəllifi olduğu “Qarabağnamə”lərdə təfərrüatı ilə əks etdirildiyini, köhnə qaynaqların çox zaman Şuşanı “Qarabağın ürəyi” adlandırıldığını diqqətə çatdırılmıştır “Bu gün azərbaycanlıların dilində “Qarabağ Azərbaycandır!” sözləri artıq bir şüar kimi səslənməkdədir.Qarabağın tacı Şuşa şəhəri rəsmən Azərbaycanın və türk dünyasının mədəniyyət paytax­tı elan edilib.Şuşa həmişə Qarabağın və bütöv Azərbaycanın ürəyi hesab edilib. Başqa sözlə, bu anlarda siz hamınız Qarabağın, Azərbaycanın ürəyindəsiniz. Yalnız indi yox, əsrlərcə bu bir isbata ehtiya­cı olmayan həqiqət kimi qəbul edilib ki, Qarabağ və Qarabağda yetişmiş şəxsiyyətlər Azərbaycanı Azərbaycan edən dəyərlər sırasında ən ucada dayanıb, Şuşa da bir şəhər olaraq qurulmağa başladığı vaxtlardan elə hamı tərəfindən mədəniyyətin paytaxtı sayılıb.

Həm də bunu yalnız Azərbaycanın içərisində biz özümüz və yaxın qonşularımız belə hesab etməyib, Şuşanın bir mədəniyyət başkəndi olması hüdudlardan kənarlarda da etiraf edilib”.270 yaşı tamam olan Şuşanı vaxtilə bir iqamətgah, paytaxt olaraq seçəndən sonra 1752-ci ildən bu şəhərin qu­ruculuğuna başlayan Pənahəli xan Cavanşir buranı yalnız inzibati bir mərkəzə deyil, məhz örnək şəhərə, ilk növbədə, bir mədəniyyət mərkəzinə çevirməyi hədəf seçmişdi. Qara­bağdan və Azərbaycanın müxtəlif guşələrindən ən yaxşı ustaları, ən yaxşı musiqiçiləri, ən kamil əsnafı, ən seçmə nəsillərin təmsilçilərini buraya toplamağa başlamış, Şuşa tezliklə Qafqazda, Yaxın və Orta Şərqdə mədəniyyətləri qovuşduran məkana çevrilmişdi.Alban salnamələrinə əsaslanaraq musiqi və incəsənətin bu bölgədə güclü tərəqqisi hələ VII əsrdən,Cavanşir sarayına toplaşan şair, müğənni və bəstəkarların qoy­duğu ənənələrdən başlayıb. Şuşanın yarandığı gündən Qarabağın inzi­bati-siyasi mərkəzi rolunu oynadı­ğını, şəhərin 1755-1822-ci illərdə Qarabağ xanlığının paytaxtı olduğu çağlardan burada daim elmi-mədəni həyatın qaynadığını,həmin mühitin yetirdiyi görkəmli alim və sənətkarlar, onların yaratdıqları misilsiz əsərlər yazılmıştır.

“Böyük xanəndə Cabbar Qaryağ­dıoğlunu məşhur rus şairi Sergey Yesenin 1924-cü ildə “Şərq musi­qisinin peyğəmbəri” adlandırırdı.Həmişə görüblər ki, bu yerdəki ulduzların böyüklüyünü, parlaqlığını müqayisə etmək üçün gərək əhatəni geniş götürəsən, daha zəngin coğra­fiyaya çıxasan.Şuşanın özünə də sadəcə, “Gözəl səslər” şəhəri, “Musiqi beşiyi”, yaxud lap dəqiqləşdirirmiş kimi “Konservatori­ya şəhər” adlandırmağı az sayıblar,1908-ci ildə Tiflisdə nəşr edilmiş “Kavkazskaya muzıka” adlı kitabda Şuşanı elə birbaşa “Qafqazın kon­servatoriyası” adlandırıblar. Təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musi­qişünas, 38 xanəndə, 16 rəssam, 5 astronom, 18 memar, 16 həkim və 42-yə yaxın müəllim-mirzə olub”. Şuşanın tarixən Pənahabad, xalq dilində isə adətən Qala adlandırılmıştır.Bu əziz şəhərin daim alınmazlıq qalası hesab edildiyini vurğulayaraq nəzərə alsaq, Azərbaycanın 2020-ci ilin payızında 44 günlük müharibədə qazandığı möhtəşəm Qələbədən sonra Şuşa Zəfərin ən parlaq rəmzinə çevrildi və VII Beynəlxalq Sosial Elmlər Konqresinin yekun toplantı­sının burada keçirilməsi, Qarabağa həsr edilməsi də daim bizimlə olacaq zəfərlər yolunun daha bir davamı və təntənəsi deməkdir.

Orxan İsmayılov, 
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü

Daha çox xəbərlər