Öz biznesini yarat! layihəsi uğurla yekunlaşdı
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyinin təşkilati dəstəyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Öz biznesini yarat! ” layihəsi uğurla yekunlaşdı.
Layihənin əsas məqsədi, Xaçmaz rayonunda gənclər arasında sahibkarlığın inkişafına yardımcı olmaqdır.
İctimai Birliyin sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, təlimlər iki ay müddətində Xaçmaz rayonunda həyata keçirilmişdir. Ümumilikdə hər təlimə 45 nəfər gənc cəlb olunmuşdur.
Təlimlərdə Xaçmaz rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Məsimova, Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, Quba-Xaçmaz Regional KOB evinin direktoru Azər Pənahov da iştirak etmişdir. Onlar gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün böyük imkanların yaradıldığını və onlar daim dövlətin diqqətində olduğunu vurğulamışdır. Dövlətimizin gənclər üçün təsdiq etdiyi müxtəlif məşğulluq proqramları, ayrılan subsidiyalar kənd təsərrüfatında və müxtəlif sahələrdə özünü doğrultmaqdadır.
Beynəlxalq dərəcəli sertifikatlı təlimçi Ceyhun Ağabəyov gənclərə sahibkar olmaq ücün zəruri olan sənədləşmələrin aparılması qaydaları, hüquqi şəxslərin yaradılması, bank, vergi və mühasibat ucotunun aparılması, kreditin alınması, müqavilələrin bağlanma, mühasibat ucotunun aparılma qaydaları, eləcə də, torpaqdan istifadə etmək haqqında mövcud qanunvericilik aktları haqqında məlumat vermişdir. Layihədə birbaşa və dolayısı yolla iştirak etmiş şəxslərə Öz Biznesini Yarat! adlı maarifləndirici startap kitabçalar paylanılmışdır.
Təlimlərin sonunda fərqlənən gənclərə qazandığı bilgilərlə biznesini yaratmağa maddi vəsait almaq üçün KOB evinə və yaxud biznes qurumlarına müraciət etmələri üçün köməklik göstərilmişdir .
Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradılmış və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir.
Qeyd edək ki, bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir.

Str.Jafar Khandan 26, apt.27, Baku, AZ 1130
Tel: +99450 354 71 67;
Email: office.woc@gmail.com0

