Cəmiyyət 

Yeni il gecəsi otellər və restoranlardakı şənliklərin ŞOK QİYMƏTLƏRİ – 680 və 1270 AZN …

Qarşıdan yeni il gəlir. Hər kəsi bir sual maraqlandırır. Görəsən yeni ili necə maraqlı qeyd etmək olar? İndidən kimisi xarici öklələrə səfər etməyi, kimisi isə regionlara səfər etməyi düşünür.

Xüsusi ilə nəzərə alsaq ki, insanlar istirahət günlərini xoş keçirmək üçün daha çox istirahət məkanlarına üz tuturlar. Çünki şou proqramlar, yeniliklər hər zaman insanlara maraqlı gəlir. Xoş təsir bağışlayır.

Bəs görəsən bayram günlərində istirahət məkanlarında qiymətləri qane edəcəkmi, insanların cibinə uyğun olacaqmı?

Mövzuyla bağlı Medianews.az sizin üçün faydalı olacağını düşünərək Yeni il ərəfəsində otellərin Yeni il qiymətlərini təqdim edir:

Əvvəla onu qeyd edək ki, bu il Yeni il şənliyi təşkil olunan otellərin böyük əksəriyyətində yerlər artıq indidən bron edilib. Qeyri- adı fantastik qiymətlər od-tutub yanır desək yalan olmaz. Hələ bayram günlərində uşaqlar üçün təşkil olunmuş bayramlar kəllə-çarxdadır.

Teleqüllə restoranı

Yeni il gecəsi otellər və restoranlardakı şənliklərin ŞOK QİYMƏTLƏRİ – 680 və 1270 AZN …Bakının ən yüksək nöqtəsində, Bakı teleqülləsinin 70-ci mərtəbəsində təkrarolunmaz mənzərəyə malik Teleqüllə restoranında qiymətlər qülləyə qalxıb. 4 nəfərlik ailə seti 680 manatdır.

Yeni il gecəsi otellər və restoranlardakı şənliklərin ŞOK QİYMƏTLƏRİ – 680 və 1270 AZN …Atelier 61 Events Hall-da qiymətlər isə ondan fərqli deyil. Belə ki, burada bayram günü bir adam üçün qiymət 150 manatdır. Ailə seti ilə birlikdə 600 manat təşkil edir.

Yeni il gecəsi otellər və restoranlardakı şənliklərin ŞOK QİYMƏTLƏRİ – 680 və 1270 AZN …Mangal Steak House da qiymətlər bayram axşamı bir nəfər üçün 350 manatdır.

Azərbaycandakı istirahət məkanlarının qiymətlər isə daha bahadır.

Belə ki, “Lənkəran Rixos hotel”-də yeni il proqramı üzrə 2 nəfərlik standart nömrə 1280 AZN, standart teraslı nömrə 1270 AZN qiymətlə təklif olunur.

Yeni il proqramına 3 dəfə qidalanma, SPA xidmətləri və Yeni il gecəsi üçün xüsusi şənlik proqramı daxildir.

Yeni il gecəsi otellər və restoranlardakı şənliklərin ŞOK QİYMƏTLƏRİ – 680 və 1270 AZN …Qafqaz Riverside Hotel

Bayram ərəfəsində hoteldə 2 gecələmə üzrə qiymətlər daha fərqlidir. Belə ki, 2 nəfərlik standart otağın qiyməti 1300 manatdan başlayır.

Yeni il gecəsi otellər və restoranlardakı şənliklərin ŞOK QİYMƏTLƏRİ – 680 və 1270 AZN …Şəki Palace Hotel

Hoteldən Yeni il ərəfəsində 2 nəfərlik standart otaqların qiymətinin 140 manat, 3 nəfərlik otağın qiymətinin 160 manat olduğu deyildi. Xidmətə səhər yeməyi, hovuz və SPA xidmətləri daxildir.

Qalaalti hoteldə isə bir gün 2 nəfər üçün 500 manat arasında təklif olunur.

Daha çox xəbərlər