Cəmiyyət 

Qara gavalının qan qaraldan qiyməti

Qeyri-mövsümi meyvələr çox baha satılır.

ARANTV.AZ  “CNN Türk” kanalına istinadən xəbər verir ki, Türkiyədə hazırda mövsümi olmayan meyvələr bazarda yüksək qiymətə satışa çıxarılır.

Bildirilir ki, hətta albalı və qara gavalının qiyməti o həddədir ki, həmin meyvələr qızıla tay tutulur.

Məlumata görə, iki dənə albalının qiyməti 50 lirədir.

Sözügedən meyvələr Türkiyədə ən çox istehlak edilən yay meyvələri olsa da, soyuq havada da onları piştaxtalarda tapmaq mümkündür. Ancaq necə deyərlər: “Qızıl qiyməti”nə.

Daha çox xəbərlər