Gündəm 

Müharibə bitsə də, mübarizə hələ davam edir

Bu il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanalları Azərbaycan Televiziyasına, İctimai Televiziyaya, Real Televiziyaya, CBC Telekanalına və Xəzər Televiziyasına müsahibə verərək  jurnalistləri düşündürən sualları cavablandırdı.

Cənab Prezident İlham Əliyev jurnalistlərlə görüşü zamanı son illərdə ölkə qarşısında duran mühüm vəzifənin Qarabağ savaşında qazandığımız şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək olduğunu bildirmişdir. Çünki bu qələbə hərb yolu ilə yanaşı siyasi müstəvidə, dünya ictimaiyyəti tərəfindən də qəbul edilməlidir. Artıq bu sahədə mühüm işlər görülmüş və müharibənin nəticələri dünya ictimaiyyəti tərəfindən tanınmışdır.

Ölkə başçısı Azərbaycanın dünyada hərbi gücünə və şanlı Qələbəyə görə etibarlı, ciddi tərəfdaş kimi qəbul olunduğunu, Azərbaycanın həmin Qələbəni necə, hansı risklərə gedərək, hansı qüvvələrlə mübarizə apararaq və bu gün də mübarizəni davam etdirməsi dünyanın siyasi elitasının diqqətində olduğunu “yəni, müharibə bitsə də, mübarizə hələ davam edir” deyərək bildirmişdir.

Cənab Prezident İlham Əliyev jurnalistlərlə müsahibəsində Qərbi Azərbaycan məsələsinə də toxunaraq dekabr ayının 24-də Qərbi Azərbaycan İcması ilə baş tutmuş görüşü xatırlatdı. Uzun illər davam etmiş Qarabağ problem həllini tapdıqdan sonar hazırkı vaxtda Qərbi azərbaycanlıların hüquqlarının qorunması məsələnin beynəlxalq arenaya çıxarmağın vaxtı olduğunu bildirmişdir. “Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır”. Ölkə Başçısı Azərbaycanın bu hüququ təmin etmək üçün dövlət olaraq əlindən gələni edəcəyini və buna sülh yolu ilə nail olacağını bildirdi.

Ölkə başçısı Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüş zamanı videogörüntülər, sənədlər əsasında onların deportasiyadan sonra boşaltdıqları kəndlərdə yaşayışın olmadığını, dağıdıldığını, qeyd etdi. Kəndlərdə yaşayışın olmaması azərbaycanlıların geri qayıtmasında ermənilərə problem yaratmır. Qarabağda olduğu kimi ermənilər burada da zəbt etdikləri ərazilərdə məskunlaşmamışlar. Bu da azərbaycanlıların öz dədə-baba yurduna geri dönməmələri üçün hər hansı bəhanəyə imkan vermir.  Azərbaycan Respublikasının

Prezidenti cənab İlham Əliyev əminliklə bildirdi ki, “bizim bütün proqramlarımız bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik”.

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri

Daha çox xəbərlər